Serbiya Prezidenti Azərbaycan Prezidentinə zəng edib

Serbiya Prezidenti Azərbaycan Prezidentinə zəng edib
# 24 dekabr 2019 15:32 (UTC +04:00)

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR