Sergey Lebedev Azərbaycan Prezidentini təbrik edib

Sergey Lebedev Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 11:20
  • calendar-gray 24 Dekabr 2020

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda, MDB məkanında və bütün dünyada Sizin adınız öz ölkəsini inkişaf və tərəqqi, vətəndaş sülhünün və həmrəyliyinin təmin edilməsi yolu ilə qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli lider sözü ilə tam assosiasiya yaradır.

Sizin qarşınızda duran məsul məsələlərin həlli fiziki və mənəvi gücün ən yüksək səviyyədə səfərbər olunmasını tələb edir. Siz var gücünüzlə Azərbaycan xalqının rifahının yüksəldilməsi, mədəni və mənəvi baxımdan zənginləşməsi işinə həsr edirsiniz.

Mən qəti əminəm ki, Sizə xas olan müstəsna iş qabiliyyəti və yüksək intellektual potensial bundan sonra da Azərbaycan Respublikası naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar qazanmağa imkan verəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin inkişafı məsələlərində ardıcıl və konstruktiv mövqe tutduğunuza, MDB İcraiyyə Komitəsini daim dəstəklədiyinizə görə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın və niyyətlərinizin uğurla həyata keçməsini arzu edirəm”.

apa-logo-mini

Digər xəbərlər