Səfir: “ABŞ işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştiraka hazırdır”

Səfir: “ABŞ işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştiraka hazırdır”
# 15 dekabr 2020 17:59 (UTC +04:00)

“Mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınayırıq. Tərəfləri bu məsələləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılması istəyirik. Həlak olmuş şəxslərə başsağlığı, yaralılara şəfa diləyirik”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Baş prokuror Kamran Əliyevlə görüşdə deyib.

Səfir vurğulayıb ki, ABŞ hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR