Səfir: “Azərbaycan Prezidentinin Qafqaz ölkələrinin əməkdaşlığına dair baxışını dəstəkləyirik”

Səfir: “Azərbaycan Prezidentinin Qafqaz ölkələrinin əməkdaşlığına dair baxışını dəstəkləyirik”
  • Clock-gray 16:04
  • calendar-gray 04 Fevral 2021

“Azərbaycan çox ərazisini bərpa edib. Bunun buradakı insanlara təsirini görürəm və onların duyğularını tamamilə başa düşürəm”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) APA-ya müsahibəsində deyib.

Diplomat bildirib ki, ölkəsi xarici siyasət nöqteyi-nəzərindən Minsk Qrupu həmsədrlərinin atəşkəslə bağlı danışıqlarda iştirak etməsini və çoxtərəfli Sülhməramlı Missiyaya üstünlük verərdi: “Bəlkə də bu, ATƏT-in nəzdində ola bilərdi. Lakin münaqişə zamanı qərarların sürətlə verildiyini başa düşürük, hər iki tərəf üçün çətin seçimlər oldu.

Beləliklə, bəli, vəziyyət çox fərqlidir. Azərbaycan Prezidentinin Qafqaz ölkələrinin iqtisadi, nəqliyyat və s. məsələlərdə birgə əməkdaşlıq etməsi barədə baxışını dəstəkləyirik. Minsk Qrupu həmsədrlərinin gələcəkdə rol oynaya biləcəyinə ümid edirik”.

Zümrüd Paşkin

Digər xəbərlər