Səfir: “Azərbaycanda gender bərabərliyi, əlillər üçün təşviq proqramları və s. addımları fəal şəkildə dəstəkləyirik”

Səfir: “Azərbaycanda gender bərabərliyi, əlillər üçün təşviq proqramları və s. addımları fəal şəkildə dəstəkləyirik”
# 04 fevral 2021 16:11 (UTC +04:00)

“Yaxın gələcəkdə Britaniyadan rəsmi şəxslərin Azərbaycana səfər edəcəyinə çox ümid edirəm. Bir sıra yüksək səviyyəli səfərlər - Nazirlər səviyyəsində Strateji Dialoq, Nazirlər səviyyəsində Birgə İnvestisiya Komitəsi və Baş nazirin Ticarət Elçisi - hamısının səfərləri koronavirus səbəbiylə təxirə salınıb. Burada COVID-19 infeksiyasına yoluxma halları azalır, bu səfərləri bərpa etmək istəyirik”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) APA-ya müsahibəsində deyib.

Səfir bildirib ki, bununla belə, iki məqam qeyd olunmalıdır: “Birincisi, bu müddət ərzində onların hamısı Azərbaycana virtual səfərlər edib və Ticarət Elçisi də fevralın 11-də virtual formatda keçiriləcək Cənub Qaz Dəhlizi Nazirlər toplantısında iştirak edəcək. İkincisi, münasibətlərimiz sadəcə yüksək səviyyəli səfərlərdən daha dərindir. Xalqlarımız arasında əhəmiyyətli iqtisadi, ticarət, təhsil və mədəni əlaqələr mövcuddur. Əslində, pandemiya dövründə bəzi yollarla bu əlaqələr həqiqətən daha da güclənib. Məsələn, "British Council" onlayn İngilis dili tədris və seminarların təşkilində çox innovativ olub, bu da daha çox insanın faydalanmasına imkan verib”.

Səfir Britaniya səfirliyinin Azərbaycanda gender bərabərliyi, əlillər üçün təşviq proqramları və s. daxil olmaqla sosial məsələlər sahəsində atılan addımları fəal şəkildə dəstəklədiyini, pilot layihələr həyata keçirdiyini qeyd edib: “Bəli, biz bunu edirik. Həm ona görə ki, biz dünyada yaxşılıq üçün güc olmaq, həm də ona görə ki, Azərbaycanın inkişafına dəstək olmaq istəyirik. Bunun çoxu hər kəsin bacarıqlarından maksimum dərəcədə istifadə etmək və insanlara fürsət verməklə bağlıdır.

Beləliklə, gender, paralimpiyaçılar da daxil olmaqla əlillik, tibb və məcburi köçkünlərlə bağlı bir sıra proqramları maliyyələşdiririk. Qadınların Resurs Mərkəzlərini, mobil sağlamlıq klinikalarını, münaqişədən təsirlənmiş uşaqlar üçün psixo-sosial dəstəyi, mina ilə bağlı məlumatlandırma proqramlarını və digər bu kimi işləri maliyyələşdirməyi planlaşdırırıq.

Lakin söhbət yalnız proqramlardan getmir. Söhbət dövlətin ümumi yanaşması ilə bağlıdır. Belə ki, biz Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planının qəbul edilməsini dəstəkləyir və məişət zorakılığına qarşı İstanbul Konvensiyasının imzalanmasını təşviq edirik.

Bu, həm də düşüncə tərzini dəyişdirməklə əlaqədardır. Buna görə də bu mövzuları - gender bərabərliyi, əlillərə hörmət və dəstəyi təhsil dəstəyimiz və İngilis dilinin öyrədilməsi təlimləri vasitəsilə və mədəni tədbirlərimizlə təbliğ edirik. Məsələn, 2019-cu ilin payızında bir qrup əlil rəqqası buraya dəvət etdik, eyni zamanda qadın DJ-lər üçün təlimlər təşkil etdik. Bu cür şeylər insanlar üçün nümunə rolunu oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR