Səfir: “Çində karantin bölgəsindəki azərbaycanlıların vəziyyəti yaxşıdır, onların təxliyəsi üçün müvafiq addımlar atılır”

Səfir: “Çində karantin bölgəsindəki azərbaycanlıların vəziyyəti yaxşıdır, onların təxliyəsi üçün müvafiq addımlar atılır”
  • Clock-gray 10:57
  • calendar-gray 30 Yanvar 2020

“Çində koronavirusun qeydə alındığı Uhan bölgəsində 7 azərbaycanlı var”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı deyib.

“Yeddi nəfərdən 4 nəfəri tələbədir. Tələbələrdən biri həyat yoldaşı və övladı ilə birgə yaşayır. Bir nəfər isə əslən Azərbaycandan olan Rusiya Federasiyası vətəndaşıdır. Ümumilikdə həmin bölgədə 7 soydaşımız yaşayır. Gün ərzində bir neçə dəfə onlarla əlaqə yaradılır. Onların vəziyyətləri yaxşıdır, bütün təminatları var və çətinlikləri yoxdur. Azərbaycan dövləti onların vəziyyətini çox yaxından izləyir. Soydaşlarımızın təxliyəsi üçün Azərbaycan dövləti tərəfindən bütün müvafiq addımlar atılır”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib. 

Fərid Mirzəyev

Digər xəbərlər