Səfir Faiq Quliyev Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb

Səfir Faiq Quliyev Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb
# 10 mart 2021 19:24 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kaxaber Kuçava ilə görüşüb.

APA-nın yerli bürosu Gürcüstan parlamentinə istinadən xəbər verir ki, tanışlıq məqsədi ilə keçirilən görüşdə tərəflər ölkələr arasında mövcud dostluq və strateji tərəfdaşlıq əlaqələrini nəzərdən keçirib, əməkdaşlığın gələcək prioritetləri barədə müzakirə aparıblar.

Məlumata görə, görüş zamanı parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsi və dostluq qrupları formatında ikitərəfli səfərlərin gündəliyi əsas müzakirə mövzusu olub. Söhbət zamanı, həmçinin Cənubi Qafqazda davam edən proseslər, ticari-iqtisadi məsələlər müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan Gürcüstanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır və Gürcüstan ikirətəfli ticarətin və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsini dəstəkləyir.

Görüşdə tərəflərin ortaq maraqlara əsaslanan gələcək əməkdaşlığa hazırlığı vurğulanıb.

Görüşdə səfirliyin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin beynəlxalq əlaqələr üzrə spikerinin müşaviri Nino Pancikidze iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR