Səfir: "Hindistan və Azərbaycan beynəlxalq platformalarda sıx işləməyə davam edir"

Səfir: "Hindistan və Azərbaycan beynəlxalq platformalarda sıx işləməyə davam edir"
# 15 avqust 2020 10:02 (UTC +04:00)

"Azərbaycan və Hindistan BMT və Qoşulmama Hərəkatı Təşkilatı da daxil olmaqla müxtəlif beynəlxalq platformalarda ümumi problemlərin həlli istiqamətində sıx işləməyə davam edir".

APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Hindistanın 74-cü Müstəqillik Günü münasibəti ilə təbrik müraciətində deyib.

Səfir qeyd edib ki, hazırda Hindistanla Azərbaycan arasında sıx mədəni və tarixi əlaqələr mövcuddur: “Bu illər ərzində çoxşaxəli münasibətlərimiz bir çox sahələrdə genişlənib. İkitərəfli iqtisadi münasibətlərimiz inkişaf edib, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığa və qarşılıqlı faydalı işgüzar əlaqələrə maraq artmaqdadır. Mədəni və xalqlararası təmaslarda da inkişafın şahidi oluruq.

İki ölkə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qoşulmama Hərəkatı daxil olmaqla müxtəlif beynəlxalq platformalarda ümumi problemlərin həlli istiqamətində sıx işləməyə davam edir.

İkitərəfli əlaqələrimizin ən vacib komponentlərindən biri Hindistanın inkişaf əməkdaşlıq proqramları çərçivəsində əməkdaşlığımızdır. Bu proqramlar Hindistan və Azərbaycanda potensialın artırılmasına xidmət edir. Qarşıdakı illərdə də Azərbaycanla inkişaf tərəfdaşlığımızı digər sahələrdə də şaxələndirmək üçün səylər göstərməyə davam edəcəyik".

Qeyd edək ki, avqustun 15-də Hindistan Müstəqillik Günün 74-cü ildönümünü qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR