Səfir: “Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır”

Səfir: “Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır”
# 24 aprel 2020 15:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin "Yeni Koronavirus pandemiyasına (COVİD-19) qarşı mübarizədə Birlik" adı altında 4 May 2020-ci il tarixində videokonfrans formatında keçiriləcək Sammitində Misir Ərəb Respublikasının Prezidenti Abdel Fattah Al-Sisi də iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

O Misirin Qoşulmama Hərəkatındakı tarixi və qabaqcıl rolunu, xüsusilə də böhran dövrlərində çox şaxəli iş sisteminin və beynəlxalq həmrəyliyin dəstəklənməsinin vacibliyinə daim sadiqliyini vurğulayıb.

Səfiri qeyd edib ki, cari ilin ikinci yarısında Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır.

Diplomat bu səfərin Misir Prezidentinin Azərbaycan Respublikasına ilk səfəri olduğu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq sözügedən səfərin vaxtına dair qərarın yeni koronavirus pandemiyasının (COVİD-19) yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq daha sonra veriləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR