Səfir: "Münaqişədən sonra bir çox humanitar məsələ qalır"

Səfir: "Münaqişədən sonra bir çox humanitar məsələ qalır"
  • Clock-gray 09:47
  • calendar-gray 05 Aprel 2021

"Münaqişədən sonra bir çox humanitar məsələ qalır".

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross jurnalistlərə açıqlamasında deyib.

"Bu humanitar məsələlərdən biri minalardan təmizlənmədir ki, çox önəmli məsələdir. Həmçinin müharibədə həlak olanların cəsədlərinin tapılması və mübadiləsi, əsirlərlə bağlı məsələ, hər iki tərəfdən iddia edilən müharibə cinayətləri məsələsi araşdırılmalıdır. Beləliklə, bu problemlərin öhdəsindən gəlmək üçün bizim əməkdaşlığa, bütün tərəflərin xoş niyyətinə, konstruktiv ruha ehtiyacımız var. Biz müharibəni münaqişəni arxada qoymalı və irəliyə doğru addımlamalıyıq", - fransız diplomat qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər