Səfir: “Pakistan şirkətləri işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etmək istərdi”

Səfir: “Pakistan şirkətləri işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etmək istərdi”
# 05 fevral 2021 12:30 (UTC +04:00)

“Pakistanın bir çox şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştirak etmək istərdi”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

O bildirib ki, Azərbaycanın XİN başçısı İslamabadda səfərdə olarkən Pakistan şirkətlərini ölkəyə dəvət edib.

“Bununla bağlı Azərbaycan hökuməti ilə də danışıqlar aparacağıq. Ümid edirik ki, Pakistan şirkətləri qarşıdakı aylarda və illərdə bu prosesdə iştirak etmək üçün Azərbaycana gələcək”, - deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR