Səfir Polad Bülbüloğlu: "Türkiyə Prezidentinin Azərbaycana dəstək ifadə etməsi yenilik deyil"

Səfir Polad Bülbüloğlu: "Türkiyə Prezidentinin Azərbaycana dəstək ifadə etməsi yenilik deyil"
# 18 iyul 2020 15:39 (UTC +04:00)

"Türkiyənin bütün prezidentləri, təbii ki, Ərdoğan da hər zaman Azərbaycana dəstək olduqlarını ifadə ediblər. Burada yeni bir şey yoxdur".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK-ya müsahibəsində bildirib.

"Bizim ümummilli liderimiz Heydər Əliyev “Bir millət-iki dövlət" şüarını irəli sürüb. Türkiyənin özünün Ermənistandan nə qədər narazılığı var. Ötən əsrdə Ermənistanın Daşnaksutyun partiyası Türkiyənin 40-dan çox səfir və yüksək vəzifəli məmurunu qətlə yetirib. Və bu uydurulmuş "soyqırımı" ilə bağlı tarix məhz ermənilərin dinc türk əhalisini məhv etməsi, qadınları, uşaqları qətlə yetirməsi ilə başlayıb və onlar cavabını alıblar. Axı bütün bunlar heç yerə yox olmur, siyasətdə, insani münasibətlərdə, diplomatik baqajda toplanır", - deyə azərbaycanlı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR