Səfir: "Türkiyədə çox sayda təşkilat və qurum Azərbaycana hər cür dəstək göstərməyə hazırdır"

Səfir: "Türkiyədə çox sayda təşkilat və qurum Azərbaycana hər cür dəstək göstərməyə hazırdır"
  • Clock-gray 10:52
  • calendar-gray 20 Yanvar 2021

"Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir".

APA-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

O bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin Şuşada öz hesablarına Üzeyir Hacıbəyli adına məktəb tikilməsi ilə bağlı təklifi də bu qəbildəndir.

"Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bahcelinin istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarımız hər cür dəstək göstərmək üçün hazırdılar".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər