Səfir: "Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir"

Səfir: "Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir"
# 27 fevral 2020 18:55 (UTC +04:00)

"Müstəqillik qazandıqdan sonra, artıq 27 ildir ki, Azərbaycanla Yaponiya arasında əlaqələr inkişaf edir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki deyib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, siyasi və bir sıra başqa sahələrdə əlaqələr çox yüksək səviyyədə təşkil olunub: “Bu gün biz Yaponiyada yeni təyin edilmiş imperatorun doğum gününü qeyd etmək üçün toplanmışıq. Yeni imperatorun taxta çıxması Yaponiyada yeni dövrün başlanğıcı deməkdir".

Səfir deyib ki, Azərbaycanla Yaponiya arasında ən çox inkişaf edən ikitərəfli münasibətlər neft və qaz sahəsini əhatə edir: "Bu münasibətlərin inkişafının nümunəsi kimi “Şimal 2” terminalını göstərmək olar. Bu, çox böyük layihədir və Azərbaycanın 70% enerji təminatını həyata keçirəcək”.

K.Teruyuki qeyd edib ki, həmçinin 2020-ci ildə Yaponiyada Olimpiya oyunlarının keçirilməsi də planlaşdırılır: “Biz Azərbaycandan çoxlu sayda idmançını da bu Olimpiya oyunlarında görmək istərdik. Bu, həm də iki ölkə arasında turizm sahəsinin inkişafına öz müsbət töhfələrini verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR