Səfir: “Hindistan və Azərbaycan arasında əməkdaşlıq genişlənir” - FOTO

Səfir: “Hindistan və Azərbaycan arasında əməkdaşlıq genişlənir” - FOTO
  • Clock-gray 20:02
  • calendar-gray 23 Yanvar 2020

Bakıda Hindistanın Respublika Günü qeyd olunub. 

APA-nın xəbərinə görə, Respublika gününə həsr olunmuş tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib ki, 71 il öncə ölkə konstitusiyası bərqərar edilib, ötən illər ərzində Hindistanın sürətlə inkişaf edib, bəşəri dəyərlərə töhfə verib.

Səfir deyib ki, Hindistan bu gün dünyanın ən böyük demokratiyası adını daşıyır və bu adı daşımaq böyük məsuliyyətdir.

B. Vanlalvavnanın sözlərinə görə, dünya iqtisadiyyatının çətinliklərlə və qeyri-müəyyənliklərlə üzləşdiyi bir zamanda Hindistan iqtisadiyyatı davamlı şəkildə inkişaf edir və güclənir.

Diplomat hazırda terrorizmin bəşəri sülhə və sabitliyə ən böyük təhlükə olduğunu və Hindistanın terrorla mübarizədə beynəlxalq səviyyədə əməkdaşlıq yürütdüyünü vurğulayıb.

İki ölkə arasında münasibətlərə toxunan səfir bildirib ki, Azərbaycan və Hindistan arasında dərin mədəni və tarixi əlaqələr mövcuddur: “Multikultiralizmə və mədəniyyətlərarası dialoqa olan hörmət bizi bir-birimizə bağlayır. Eyni zamanda iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu, genişlənir. Azərbaycan və Hindistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq etdiyini deyib.  

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov iki ölkəni mədəni, tarixi dəyərlərin bir-birinə bağladığını vurğulayıb. Nazir müavini iki ölkənin siyasi əlaqələrinin uğurla inkişaf etdiyini və ölkələrin beynəlxalq siyasi platformalarda səmərəli əməkdaşlıq etdiyini qeyd edib: “2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir və onlar Azərbaycana 1,2 milyard ABŞ dolları sərmayə yatırıblar”.

Zümrüd Paşkin

Digər xəbərlər