Səfir: “İsrail və Azərbaycan terrorla mübarizədə yaxından əməkdaşlıq edir”

Səfir: “İsrail və Azərbaycan terrorla mübarizədə yaxından əməkdaşlıq edir”
  • Clock-gray 10:57
  • calendar-gray 24 Yanvar 2020

“İsraillə Azərbaycanla təhlükəsizlik sahəsində və terrorla mübarizədə yaxından əməkdaşlıq edir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, 2016-cı ildə İsraildən Azərbaycana 10 minə yaxın turist səfər edibsə, 2019-cu ildə ölkəsindən Azərbaycana gələn turistlərin sayı 60 min nəfər olub: “Azərbaycana səfər edən İsrail vətəndaşları buraya heyran qalır”.

C. Dik qeyd edib ki, Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil olunacaq: “Azərbaycandan olan nümayəndə heyəti gələn həftə İsraildə kibertexnologiyalarla bağlı keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin innovasiyaları və texnologiyalarından istifadə olunur. Mən əlimdən gələni edəcəyəm ki, iki ölkə arasında münasibətlər güclənsin”.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date