Səfirlik: Bakıdan 51 nəfər Qazaxıstana yola salınıb

Səfirlik: Bakıdan 51 nəfər Qazaxıstana yola salınıb
  • Clock-gray 18:04
  • calendar-gray 23 Mart 2020

Martın 18-dən 22-nə qədər olan dövrdə Qazaxıstanın Bakıdakı səfirliyinin köməyi və iki dövlət strukturunun qarşılıqlı fəaliyyəti nəticəsində 51 Qazaxıstan vətəndaşı vətənlərinə qayıdıb.

Bu barədə APA-ya Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, 19 və 22 mart tarixlərində Bakı limanından  bərə ilə 41 nəfər, Bakı-Moskva-Qazaxıstan aviareysi ilə isə 10 nəfər Qazaxıstana yola salınıb. Bu gün isə daha 13 Qazaxıstan vətəndaşı Bakı limanından bərə ilə Aktau limanına yola salınacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər