Səfirlik koronavirus təhlükəsi ilə əlaqədar Pakistandakı Azərbaycan vətəndaşlarına müraciət edib

Səfirlik koronavirus təhlükəsi ilə əlaqədar Pakistandakı Azərbaycan vətəndaşlarına müraciət edib
# 16 mart 2020 12:42 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Twitter" səhifəsində bildirilib.

Səfirlik Azərbaycan vətəndaşlarını Pakistan dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyə, şəxsi gigiyena, sanitar və digər qaydalara riayət etməyə, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağa, insanların kütləvi şəkildə toplaşdığı ərazilərə getməməyə və yoluxma ilə bağlı şübhə yaranarsa, simptomlar müşahidə olunarsa təcili tibbi müayinədən keçməyə çağırıb.

Məlumatda qeyd olunub ki, vətəndaşların təcili sualları yaranarsa səfirliyin nəzdində yaradılmış "qaynar xətt"ə (Tel: 00 92 335 523 05 00 və Tel: 00 92 315 535 75 76) zəng edə bilərlər.

"Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırma zamanı və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarının səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün (Tel: 00 92 335 523 05 00, Email: [email protected]) müraciət etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR