Səfirlik: Mövqeyimizdə dəyişiklik yoxdur, Pakistan Ermənistanı tanımır

Səfirlik: Mövqeyimizdə dəyişiklik yoxdur, Pakistan Ermənistanı tanımır
# 14 yanvar 2020 17:23 (UTC +04:00)

“Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur”.

APA-nın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, - deyə açıqlamada qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR