Şimali Kipr Prezidenti Ersin Tatar: “Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki qələbəsi türk dünyası ölkələrinə yeni ümidlər verib”

Şimali Kipr Prezidenti Ersin Tatar: “Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki qələbəsi türk dünyası ölkələrinə yeni ümidlər verib”
# 16 noyabr 2020 21:26 (UTC +04:00)

“Azərbaycan uğurlu bir zəfər aldə edib. İmzalanan müqavilə ölkənin milli maraqlarına cavab verir. Biz Şimali Kipr Türk Respublikası olaraq daima qardaş ölkə Azərbaycanın yanındayıq. Qələbə münasibəti ilə biz Azərbaycan xalqını və cənab Prezident İlham Əliyevi təbrik edirik”.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun APA-nın Türkiyə bürosuna verdiyi məlumata görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan və Türkiyədən olan bir qrup təşkilat üzvlərini qəbul edərkən səsləndirib.

O.Həsənoğlu bildirib ki, E.Tatarın qəbulunda olarkən Azərbaycan-Kipr dostluq əlaqələri, sentyabrın 27-dən başlayaraq Ermənistanın haqsız hücumları və Azərbaycanın vətən uğrunda mübarizəsinin qələbə nəticələri haqqında məlumat verilib. Prezident bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı müdafiəsi və qələbəsi türk dünyası ölkələrinə yeni ümidlər verib.

Qeyd edək ki, görüş çərçivəsində “EkoAvrasya” Dərnəyi rəhbəri Hikmət Ərən, dərnəyin idarə heyətinin üzvü Nazim Koşar, alim Ahmet Hamdi də E.Tatarın qəbulunda olublar və onu prezident seçilməsi münasibətilə təbrik ediblər.

Sonda Şimali Kipr Prezidentinə Dağlıq Qarabağ bölgəsindən gətirilən vətən torpağı xatirə olaraq təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR