Səməd Seyidov: "AŞPA-da bəzi üzv dövlətlərdə şəxsi maraqlar beynəlxalq məsələlərdən üstün tutulur"

Səməd Seyidov: "AŞPA-da bəzi üzv dövlətlərdə şəxsi maraqlar beynəlxalq məsələlərdən üstün tutulur"
# 29 yanvar 2020 21:13 (UTC +04:00)

"AŞPA-da hazırda böhran vəziyyətindəyik. Biz üzv dövlətlər olaraq bu qurumun gələcəyi haqqında düşünməliyik".

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında birgə əlavə prosedurlara həsr olunmuş müzakirələr zamanı bildirib.

"Bəzi üzv dövlətlərdə öz milli maraqlarını beynəlxaq məsələlərdən üstün tutan bəzi siyasi qüvvələrin meydana gəldiyini görürük. Onlar əməkdaşlıq, dialoq və qarşılıqlı anlayış yerinə sanksiyalar, təzyiqlər, təhqiretmə üslubundan istifadə edirlər", - deyə o qeyd edib.

S.Seyidov bildirib ki, bütün üzv dövlətlər üçün məqbul olan və onları bir-birinə yaxınlaşdıran qaydalar yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR