Səməd Seyidov: “AŞPA-nın komitə iclasında Naira Zöhrabyanın bütün yalanları ifşa olundu”

Səməd Seyidov: “AŞPA-nın komitə iclasında Naira Zöhrabyanın bütün yalanları ifşa olundu”
# 12 mart 2021 18:07 (UTC +04:00)

“Bu gün Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin videkonfrans formatında keçirilən iclasında Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan yenə də Azərbaycan ərazisində terror fəaliyyətinə görə saxlanılan erməni qrupla bağlı komitə üzvlərini aldatmağa, onları hərbi əsir kimi qələmə verməyə çalışdı. Mən isə bildirdim ki, o, növbəti dəfə komitə üzvlərini aldatmağa cəhd edir”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, çıxışında artıq yeni reallıq yarandığını bildirib: “Dedim ki, siz, Ermənistan artıq bu yeni reallıqla razılaşacaqsa, Ermənistanın gələcəyi olacaq. Yox, razılaşmayacaqsınızsa, daha böyük fəlakətlərlə üzləşəcəksiniz. Naira Zöhrabyan ikinci dəfə söz aldı, dedi ki, Azərbaycan onların əsirlərini, əsgərlərini vermir. Mən də ikinci dəfə söz aldım, bildirdim ki, hörmətli komitə üzvləri, siz burada kimdən nifrət görürsünüz? Müharibə haqqında danışan bu, yalan danışan bu, komitənin üzvlərini aldadan bu, sülh də istəyən bu? Dedim ki, sülhü regiona Azərbaycan gətirib, komitə üzvlərindən xahiş edirəm ki, Naira Zöhrabyan bu məsələni siyasiləşdirərək Ermənistanda daxili siyasətdə mübarizə üçün istifadə vasitəsinə çevirmək cəhdini kənara qoysun. Komitə sədri və məruzəçi də məni dəstəklədi. Bildirildi ki, bu məsələni siyasiləşdirmək, siyasi məqsədlər üçün istifadə etmək olmaz, yalan məlumatların yayılması da vəziyyəti gərginləşdirir. Eyni zamanda iclasda Azərbaycanın AŞPA-dakı üzvləri Nigar Arpadarai, Tural Gəncəliyev işğaldan azad edilən ərazilərdə törədilən dağıntıların fotoşəkillərini, xəritələr nümayiş etdirdilər və Naira Zöhrabyanın bütün yalanları ifşa olundu. O, sadəcə, özünü reklam etməyə və beləliklə, Ermənistan daxilində siyasi mübarizədə bundan yararlanmağa çalışırdı”.

S. Seyidov iclasda Maral Nacaryanla bağlı məsələ barədə danışdığını da deyib: “Snayperçi Maral Nacaryanın Qarabağda saxlanılması xaricdən kimlərin gəlib hansı tərəfdə döyüşməsinin sübutudur. Azərbaycan Maral Nacaryanı, sadəcə, qadın olduğu üçün Livana təhvil verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR