Səməd Seyidov: "Xaricdəki konsulluqların və diasporun təhlükəsizliyi yüksək səviyyədə təmin edilməlidir"

Səməd Seyidov: "Xaricdəki konsulluqların və diasporun təhlükəsizliyi yüksək səviyyədə təmin edilməlidir"
# 24 dekabr 2020 16:14 (UTC +04:00)

“Xarici fəaliyyətlə bağlı büdcədə ayrılmış vəsait öz əksini tapıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən konsulluqları, diasporu sözün əsl mənasında cəbhə xəttindədir: “Biz bu maliyyələşməyə hansısa dəyişiklik gətirməliyik. Bu gün Azərbaycanın dünya üçün əhəmiyyətli olan layihələrinin həyata keçirilməsi üçün konsulluqların, diasporların fəaliyyəti yüksək səviyyədə təqdim olunmalıdır. Onların təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Büdcənin içərisində bu məsələlər öz əksini tapır. Amma biz daha yüksək səviyyədə xarici siyasət həyata keçirmək üçün daha çox işləməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR