Səməd Seyidov: "Əfqanıstan xalqı müharibədən əvvəl də, müharibə dövründə də bizi dəstəkləyib"

Səməd Seyidov: "Əfqanıstan xalqı müharibədən əvvəl də, müharibə dövründə də bizi dəstəkləyib"
# 30 dekabr 2020 11:12 (UTC +04:00)

“Bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdi. Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, Əfqanıstanla əlaqələr bu gün olduqca vacibdir: “Beynəlxalq səviyyədə, o cümlədən islam dünyası ilə əlaqələrin qurulması üçün bu gün bu qanun layihəsinin qəbulu olduqca stratejidir. Belə bir səfirliyin açılması Azərbaycanın milli maraqlarına tam uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR