“Şərq Tərəfdaşlığı” ölkələrinin liderləri dondurulmuş münaqişələri müzakirə edəcək

“Şərq Tərəfdaşlığı” ölkələrinin liderləri dondurulmuş münaqişələri müzakirə edəcək
# 17 iyun 2020 18:42 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin liderlərinin sabah videokonfrans şəklində keçiriləcək görüşündə 3 əsas istiqamətdə müzakirələr aparılacaq.

APA-nın xəbərinə görə, bu barədə Aİ rəsmilərinin Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, ilk istiqamət COVID-19 pandemiyası və Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə ictimai sağlamlıq və sosial-iqtisadi sahələrdə yardımı məsələsidir.

Qeyd olunub ki, ikinci istiqamət “Şərq Tərəfdaşlığı” proqramının strateji önəmi, üçüncü istiqamət isə proqramın perspektivləridir.

Bildirilib ki, liderlər pandemiya dövründə “Şərq tərəfdaşlığı” ölkələrinə də təsir edən dezinformasiya məsələsini müzakirə edəcəklər.

“Biz “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrlə proqram çərçivəsində dezinformasiya ilə mübarizə həmçinin vətəndaşların fakta əsaslanan informasiyaya çıxışının təmin edilməsi istiqamətində çalışmaq istəyirik”, - deyə mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, görüşdə liderlər həmçinin proqrama üzv ölkələrdə dondurulmuş münaqişələrlə bağlı müzakirə aparacaqlar.

“Əminliklə deyə bilərik ki, dondurulmuş münaqişələr mövzusu müzakirə ediləcək. Bu Avropa İttifaqını da narahat edir. Bu istiqamətdə daha çox səy göstərilməsinə ehtiyac var. Mən bu məsələ ilə bağlı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə də danışmışıq. O indi də tərəflərlə əlaqədədir. Lakin COVID-19 virusu ilə əlaqədar olaraq fiziki görüşlər təşkil etmək mümkün deyil və bu şəraitdə işləmək çətindir”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR