TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB

TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB
  • Clock-gray 15:39
  • calendar-gray 14 Noyabr 2020

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 14-də Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Qardaş ölkənin nümayəndə heyətini və digər rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın  dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış  evlərin ətrafına gül düzüb, dualar oxuyublar.

13:18

Bu gün Bakıya səfərə gələn Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə gedib.

APA-nın məlumatına görə, Ermənistan qoşunları tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərlə yerində tanış olmaq məqsədilə Gəncəyə yollanan nümayəndə heyətinin səfəri davam edir.

Qeyd edək ki, sözügedən nümayəndə heyəti Bakıda Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə də görüşüb.

FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub - FOTO - YENİLƏNİB">

Fuad Nazimoğlu

Digər xəbərlər