TBMM Komissiya sədri: "Bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın təmsilçiləri olaraq buradayıq”

TBMM Komissiya sədri: "Bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın təmsilçiləri olaraq buradayıq”
# 09 mart 2021 19:47 (UTC +04:00)

“Hörmətli cənab Prezident, əvvəlcə mən də hörmətli Prezidentimizin Sizə salam və sevgilərini çatdırmaq istəyirəm. Həmçinin Məclis sədrimizin də Sizə sevgi, salam və ehtiramları var. Təbii ki, biz Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvləri olaraq, Sizin böyük Zəfərinizdən həm çox məmnunluq duyuruq, həm də bu mənada birlik və bərabərliyimizi bir daha göstərmək üçün Sizi ziyarət etmək istədik”.

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib: "Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Cənab Prezident, Türkiyə Böyük Millət Məclisində Sizin bu uğurunuzu, bu liderliyinizi və Siz də dediyiniz kimi, bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın, - bilirsiniz, Türkiyə Böyük Millət Məclisi bu barədə bəyanat qəbul etdi, - təmsilçiləri olaraq buradayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR