TBMM Sədri Ermənistanın Naxçıvana hücum etmək ehtimalına münasibət bildirib

TBMM Sədri Ermənistanın Naxçıvana hücum etmək ehtimalına münasibət bildirib
  • Clock-gray 10:34
  • calendar-gray 19 Oktyabr 2020

“Ermənistanın Naxçıvana genişmiqyaslı hücumu olacağına düşünmürəm”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentopun sözlərinə görə, Ermənistanın məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək, özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın: “Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllıdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri bir neçə gün əvvəl Naxçıvana raket atıb. Raket Ordubad rayonu ərazisinə düşüb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər