TBMM-in deputatı: “Erməni tərəfini belə təhlükəli taktikalardan imtina etməyə dəvət edirəm”

TBMM-in deputatı: “Erməni tərəfini belə təhlükəli taktikalardan imtina etməyə dəvət edirəm”
# 15 iyul 2020 01:07 (UTC +04:00)

“Erməni silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonuna həyata keçirdiyi hücumu şiddətlə qınayır, həyatını itirən azərbaycanlı şəhidlərimiz üçün dost və qardaş Azərbaycan xalqına və dövlətinə başsağlığı, yaralılara şəfa diləyirəm”.

APA-nın məlumatına görə, bunu TBMM-in İstanbuldan olan millət vəkili və TÜRK PA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri İsmet Uçman Ermənistanın Azərbaycan ərazilərinə hücumuna dair keçirdiyi mətbuat konfransında deyib.

Türkiyəli millət vəkili qeyd edib ki, Ermənistanın bu hücumunun Azərbaycan tərəfindən dəf edilməsi təcavüzün qarşılıqsız qalmayacağını və belə cəhdlərin nəticəsiz qalmağa məhkum olduğunu göstərməkdədir: “Erməni tərəfini belə təhlükəli taktikalardan imtina etməyə və beynəlxalq hüquqa riayət etməyə dəvət edirəm.

Türkiyə Respublikası dövləti və xalqı olaraq ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyimizin bilinməsini istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR