TBMM sədri Ermənistanda Türkiyə mallarının ölkəyə gətirilməsini qadağan edən layihə hazırlanmasına münasibət bildirib

TBMM sədri Ermənistanda Türkiyə mallarının ölkəyə gətirilməsini qadağan edən layihə hazırlanmasına münasibət bildirib
# 20 oktyabr 2020 14:39 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ermənistanda Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edən layihə hazırlanmasına münasibət bildirib.

APA-nın məlumatına görə, bu gün Gəncəyə səfər edən M. Şentop jurnalistlərə açıqlamasında deyib ki, məlum qərar layihəsinin Türkiyə üçün heç bir qiyməti yoxdur.

“Belə bir layihənin hazırlanması sadəcə lətifə mövzusu ola bilər”, - deyə TBMM sədri vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan etməyə hazırlaşır. Ermənistan mətbuatının yazdığına görə, bununla bağlı qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR