TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentini təbrik edib

TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 12:27
  • calendar-gray 13 Noyabr 2020

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident.

Zati-alinizi və Azərbaycan xalqını tarixi uğur - işğal altındakı torpaqların BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən azad edilməsi və ölkənizin suverenliyinin təmin olunması münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.

Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində noyabrın 10-dan etibarən davamlı atəşkəs elan edilməsi və bütün döyüşlərin dayandırılması ilə bağlı Sizin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin imzaladığı birgə bəyanatı böyük məmnunluq hissi ilə qarşıladıq.

Bu anlaşma nəticəsində döyüşlərin dayandırılması, məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlı qardaşlarımızın öz torpaqlarına yenidən qayıtması, təqribən 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarında sülh, əmin-amanlıq və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi.

Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

İnanıram ki, işğal dövründə dağıdılmış tarixi və mədəni mirasımız tezliklə yenidən əvvəlki vəziyyətinə qaytarılacaq, bütün türk aləminin mədəniyyət və incəsənət xadimlərinin səsləri Şuşadan, Cıdır düzündən dünyaya yayılacaq.

Bu tarixi zəfər münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bir daha təbrik edir, döyüşlərdə həlak olan qardaşlarımıza Allahdan rəhmət və yaralılara tezliklə şəfa tapmalarını diləyirəm”.

apa-logo-mini

Digər xəbərlər