TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib
  • Clock-gray 14:02
  • calendar-gray 23 Dekabr 2019

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

Hörmətli cənab Prezident.

TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin humanist və müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada tutduğu layiqli yerini ildən-ilə daha da möhkəmləndirməkdədir.

TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2019-cu ilin türk dünyasında “İmadəddin Nəsimi ili” elan edilməsi, Nəsimi yaradıcılığının üzv ölkələrimizdə və dünyanın müxtəlif dövlətlərində beynəlxalq tədbirlər keçirərək tanıdılması TÜRKSOY ilə Azərbaycan arasındakı mədəni birliyimizin inkişafına xidmət etməkdədir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə hər zaman göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

apa-logo-mini

Digər xəbərlər