Tacikistan XİN başçısı: “Uzunsürən münaqişələr ATƏT regionunda kollektiv təhlükəsizliyə nail olmaq istiqamətindəki səylərimizi sarsıdır”

Tacikistan XİN başçısı: “Uzunsürən münaqişələr ATƏT regionunda kollektiv təhlükəsizliyə nail olmaq istiqamətindəki səylərimizi sarsıdır”
# 03 dekabr 2020 15:47 (UTC +04:00)

Uzunsürən münaqişələr bizim ATƏT regionunda kollektiv təhlükəsizliyə nail olmaq istiqamətindəki səylərimizi sarsıdır.

APA xəbər verir ki, bunu Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ATƏT Nazirlər Şurasının videokonfrans formatında keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

“Uzunsürən münaqişələr bizim ATƏT regionunda kollektiv təhlükəsizliyə nail olmaq istiqamətindəki səylərimizi sarsıdır. Biz Dağlıq Qarabağ münaqişənin siyasi və diplomatik metodlarla, beynəlxalq hüququn tanınmış norma və prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyini xüsusi vurğulayırıq”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR