Tanzila Narbayeva: “Özbəkistan TürkPA-nı əlaqələri inkişaf etdirmək baxımından önəmli platforma kimi qəbul edir”

Tanzila Narbayeva: “Özbəkistan TürkPA-nı əlaqələri inkişaf etdirmək baxımından önəmli platforma kimi qəbul edir”
  • Clock-gray 17:19
  • calendar-gray 18 Dekabr 2019

“Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar sessiyasına ilk dəfə qatılan Özbəkistana nümayəndə heyətinə göstərilən hörmət və qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova minnətdarlıq edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) Bakıda keçirilən 9-cu plenar sessiyasında çıxışı zamanı Özbəkistan Ali Məclisi Senatının sədri, xanım Tanzila Narbayeva bildirib.

T. Narbayeva deyib ki, bu gün Özbəkistan ilk dəfə TürkPA-nın sessiyasına tamhüquqlu üzv kimi qatılır: “Özbəkistan Prezidentinin siyasi iradəsi ilə Özbəkistanın TürkPA-ya üzvlüyü gerçəkləşib. Xalqımız da bu qərarı böyük sevinclə qarşılayıb. Özbəkistan TürkPA-nı əlaqələri inkişaf etdirmək baxımından önəmli platforma kimi qəbul edir. Özbəkistanın TürkPA-ya qatılmasını ölkələr arasında inteqrasiya prosesinin bir növ mənəvi davamı sayırıq. Özbəkistan qardaş xalqlar arasında əməkdaşlığı bütün aspektlərdə dəstəkləməyə hazırdır. Türkdilli ölkələr arasında siyasi, iqtisadi əməkdaşlıq dövlət başçılarımızın siyasi iradəsi ilə mümkün olmaqdadır. Özbəkistan parlamentinin TürkPA-ya qəbul edilməsini Özbəkistan parlamenti də məmnunluqla qarşılayıb. Özbəkistan parlamenti TürkPA-nın işində fəal şəkildə iştirak edəcək. Dekabrın 22-də Özbəkistan parlamentinə keçiriləcək seçkilərdə TürkPA müşahidə missiyasını gözləyirik. Özbəkistan çox gözəl qərarların qəbul edildiyi bu platformanın xalqlarımızın ümumi rifahına xidmət edəcəyinə inanır”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər