Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
# 28 may 2020 20:35 (UTC +04:00)

Bu gün Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 28 May Respublika Günü münasibəti ilə qonşu ölkə paytaxtının ən yüksək nöqtəsində yerləşən teleqüllə və Sülh körpüsü Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Qeyd edək ki, Respublika Günü ilə əlaqədar olaraq Tbilisinin mərkəzində yerləşən “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR