Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri ilə görüşüb

Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri ilə görüşüb
# 15 mart 2021 20:42 (UTC +04:00)

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Tural Gəncəliyev “facebook” hesabında paylaşım edib.

O bildirib ki, görüş zamanı Qarabağa dönüş, birliyin Xankəndi şəhərində gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR