Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib

Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib
# 21 oktyabr 2020 14:31 (UTC +04:00)

Türk Şurası Gənclər Platformasının iclası keçirilib.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən xəbər görə, əsasən Dağlıq Qarabağ münaqişəsinə həsr olunan iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, qonaq qismində Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər.

Nazir müavini çıxışında Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktını həyata keçirməyi planlaşdırdığını və müharibəyə hazırlaşdığını xəbərdar etdiyini bildirib. İ. Babayev BMT-nin 75 illiyinə həsr edilmiş Sessiyada Prezident İlham Əliyevin Ermənistanı öz bəyanatları və hərbi təxribatları ilə sülh danışıqlarını pozmasını bildirən çıxışını da diqqətə çatdırıb. Bununla da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı yerinə yetirməkdə olduğunu, hazırda 71 kənd, 2 şəhər, 1 qəsəbə və bir cox strateji yüksəkliklərin işğaldan azad edildiyini bildirib. Nazir müavini vurğulayıb ki, döyüş meydanında ardıcıl uğursuzluğa məruz qalmış düşmən balistik raketlərdən istifadə edərək dinc əhaliyə qarşı terror aktları törətməklə hərbi cinayətlər törədir.

Nazir müavini cıxışının sonunda soy kökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasının üzv dövlətlərin gənclərini Azərbaycanın haqq səsinin daha cox beynəlxalq quruma çatdırılmasında və sosial mediada dəstək olmağa çağırıb.

İclsada cıxış edənlər Azərbaycanın haqq səsini dəstəklədiklərini qeyd edib, bunun üçün fəaliyyətlərin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürüblər.

İclasda həmçinin, Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVİD-19 pandemiyasının yaratdığı çətniliklərlə əlaqdər bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olunub.

Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyənat qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR