Türk Şurası XİN başçılarının növbədənkənar iclasının gündəliyi açıqlanıb

Türk Şurası XİN başçılarının növbədənkənar iclasının gündəliyi açıqlanıb
  • Clock-gray 11:42
  • calendar-gray 06 Fevral 2020

“Biz dünən çox yaxşı fikir mübadiləsi apardıq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclasının açılışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

E. Məmmədyarov bildirib ki, iclasın gündəliyi çox zəngindir: “Gündəliyimizə beynəlxalq təşkilatlarla və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına üzv olmayan ölkələrlə əməkdaşlıq məsələləri daxildir. Eyni zamanda Şura rəhbərinin quruma üzv ölkələr arasında əməkdaşlığın koordinasiya edilməsi ilə bağlı təklifləri müzakirə olunacaq. İclasda Türk Akademiyasının fəaliyyətinin genişləndirilməsi də diqqət mərkəzində olacaq. Baş Katibinin ATƏT, Sakit Okean Ölkələri Təşkilatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın tənzimlənməsini də müzakirə edəcəyik”.

Nazir qeyd edib ki, iclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci sammitinin keçirilməsi də müzakirə olunacaq: “Şuranın Budapeştdə açılan nümayəndəliyinin fəaliyyətinin genişləndirilməsi də diqqət mərkəzində olacaq”. 

Zümrüd Paşkin

Digər xəbərlər