Türk Şurasının Baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Türk Şurasının Baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
# 31 mart 2021 11:48 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

“31 mart - Azərbaycanlıların Soyqırımı Günü 1918-ci ildə Şamaxı, Quba, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrində erməni dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı soyqırımın xatirəsini əks etdirir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev beynəlxalq ictimaiyyətin diqqətini yaxın keçmişdə baş vermiş bu məlun hadisələrə cəlb etmək və azərbaycanlılara qarşı bütün qırğınları bir gündə simvollaşdırmaq üçün 1998-ci ilin martında Fərman imzalayıb. Bu Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib və beləliklə soyqırımı qurbanlarının xatirəsi Azərbaycan cəmiyyətinin yaddaşında daim qorunub saxlanılıb. Bu gün Azərbaycan xalqı və hökuməti soyqırımı qurbanlarını yad edir və dünya ictimaiyyətini bu dəhşətli əməlləri tanımağa çağırır.

Azərbaycanlı qardaşlarımızla birlikdə bu hadisələr zamanı həyatını itirən bütün şəhidləri yad edirəm və bir daha təkrar etmək istəyirəm ki, Türk Şurası olaraq bölgəmizdə və onun xaricində sülh və əmin-amanlığı təmin etmək üçün var gücümüzlə çalışacağıq”, - deyə Baş katibin bəyanatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR