TürkPA Azərbaycanda parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək

TürkPA Azərbaycanda parlament seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək
# 18 dekabr 2019 12:56 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidə missiyası göndərəcək.

APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, adətən üzv ölkələrdən hansında seçkilər keçirilirsə, TürkPA həmin ölkəyə müşahidə missiyası göndərir: “Özbəkistanda dekabrın 22-də, gələn ilin fevralında isə Azərbaycanda keçiriləcək seçkilərdə TürkPA-dan mütləq müşahidəçilər olacaq. Gələn il fevralın 9-da Azərbaycanda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin uğurlu olmasını diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR