TürkPA-nın baş katibi Prezident İlham Əliyevi təbrik edib

TürkPA-nın baş katibi Prezident İlham Əliyevi təbrik edib
# 25 dekabr 2019 12:23 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizin rəhbərliyiniz və yorulmaz səyləriniz sayəsində beynəlxalq aləmdə öz yerini tutmuş Azərbaycan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə uğurlu nailiyyətlər qazanaraq regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Multikulturalizmin və tolerantlığın örnək modelinin formalaşdığı Azərbaycan Assambleyamızda da fəal təmsil olunaraq regional əməkdaşlığa, eləcə də Avrasiya regionunda sülh və təhlükəsizliyə önəmli töhfəsini verməkdədir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz türkdilli ölkələr arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfəsini verməkdə davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR