Türkiyə Azərbaycan qazilərinə protez dəstəyi göstərib

Türkiyə Azərbaycan qazilərinə protez dəstəyi göstərib
# 06 aprel 2021 11:00 (UTC +04:00)

Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri - Azərbaycan vətəndaşlarını Türkiyəyə gətirərək protezləri təhvil verməyə başlayıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Ortez-Protez layihəsini Azərbaycana aparan AID Bakıda üç ölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərib.

3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə gəlmədən protezlər hazırlanıb. Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez qaziyə aeroportda taxılıb. Hava limanında protezini alan qazi daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.

Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək.

Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR