Türkiyə Azərbaycan və Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanmasını alqışlayıb

Türkiyə Azərbaycan və Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanmasını alqışlayıb
  • Clock-gray 00:06
  • calendar-gray 22 Yanvar 2021

“Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan və Türkmənistan hökumətləri arasında Anlaşma Memorandumunun imzalanmasını alqışlayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən yayılan açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə XİN bu Anlaşma Memorandumu vasitəsilə hər iki ölkənin dostluğunun daha da möhkəmləndirilməsini diləyir: “Qardaş Azərbaycan və Türkmənistan xalqlarına bu sazişin faydalı olmasını, bölgənin rifahının artırılması, sülh və sabitliyə töhfələr verməsini arzu edirik. Ümid edirik ki, bu razılaşma Türkiyə ilə Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artıracaq layihələrə də yol açacaq”.

Qeyd edək ki, bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər