Türkiyə MN Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə MN Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
# 17 noyabr 2020 18:01 (UTC +04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Nazirliyin “Twitter” hesabında bildirilib.

“İşğal edilmiş torpaqlarını azad etmək üçün milli şüurla hücuma keçən və Qarabağdakı əməliyyatı zəfərlə başa çatdıraraq bütün dünyaya milli dirçəlişin, birlik və bərabərliyin gücünü göstərən azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü qutlu olsun!”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR