Türkiyə parlamentinin sədri: “BMT Təhlükəsizlik Şurası regional problemlərə region xalqlarının gözü ilə baxa bilməyən quruma çevrilib”

Türkiyə parlamentinin sədri: “BMT Təhlükəsizlik Şurası regional problemlərə region xalqlarının gözü ilə baxa bilməyən quruma çevrilib”
  • Clock-gray 17:51
  • calendar-gray 18 Dekabr 2019

“Parlamentarilərin, parlamentlərin beynəlxalq münasibətlərdə rolunun artması “soyuq müharibə” dövrünə təsadüf edir. Qlobal güclər arasında rəqabət, dünyanın iki qütbə bölünməsi “soyuq müharibə”nin bitməsi ilə aradan qalxıb, dünya artıq yeni düzən arayışına başlayıb”.

APA-nın məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçirilən 9-cu plenar sessiyasında çıxışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, “soyuq müharibə” və onun nəticəsində ortaya çıxan təsisatların insanların rifahına xidmət etmədiyi üzə çıxıb: “BMT Təhlükəsizlik Şurası kimi qurumlar hakim dövlətlərin mənafelərinə xidmət edən, ikili standartlardan çıxış edən, regional problemlərə region xalqlarının gözü ilə baxa bilməyən quruma çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsində qeyd edildiyi kimi, insan amilini kənara qoyan baxışlar problemlərimizi həll etməyəcək. Problemləri yerli və regional baxışlara əsasən həll etməyimiz bir məcburiyyət halına gəlib. Dünya artıq köhnə dünya deyil. Reallıqlardan biri parlamentlərin beynəlxalq münasibətlərlə rolunun gün keçdikcə artmasıdır”.

Son bir il ərzində Türkiyə parlamentinin sədri kimi dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdən, özünün və Türkiyə parlamentinin deputatlarının iştirak etdiyi tədbirlərdən söz açan M. Şentop qeyd edib ki, bu gün dünyamızın qarşı-qarşıya qaldığı, qlobal miqyasda qeyri-müəyyənlik yaradan savaşlar, daxili məsələlər, miqrasiya, terrorizm, iqlim dəyişikliyi, təbii sərvətlərin tükənməsi kimi problemlər və qloballaşmanın yol açdığı mədəniyyətlərin yox olması qarşılığında özünü qorumaq məqsədi ilə yerli və regional hərəkatlar gün keçdikcə güclənməkdədir. Dünyanın hər yerində regional qurumlar yaradılmaqdadır, bunların qanuniliyini isə yerli parlamentlər təmin edir”. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər