Türkiyə səfiri: "Azərbaycan zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib"

Türkiyə səfiri: "Azərbaycan zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib"
  • Clock-gray 12:23
  • calendar-gray 30 Yanvar 2020

"Zəlzələnin ilk anından etibarən həm Azərbaycanın Xarici İşlər, həm də Fövqəladə Hallar nazirliklərindən Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral jurnalistlərə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, Türkiyənin Elazığ bölgəsində zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: "Bu istiqamətdə bizim yanımızda oldular, hər iki ölkənin səfirlikləri və müvafiq qurumları vasitəsilə qarşılıqlı əlaqə saxlanılıb. Azərbaycan zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər