Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"

Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
# 27 fevral 2020 12:00 (UTC +04:00)

“Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında 14 sənəd imzalanıb".

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O, səfərin faydalı olduğunu bildirib: “Bilirsiniz ki, Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etmişdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi".

Səfir iki ölkə prezidentlərinin görüşü çərçivəsində əlaqələrin hərtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işlərin müzakirə edildiyini vurğulayıb: "Biz Türkiyə olaraq, bu səfəri çox yüksək dəyərləndiririk və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR