Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb

Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb
# 14 mart 2020 18:27 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Prezidentin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR