Türkiyə və Macarıstanın müdafiə nazirləri Azərbaycanla bağlı fikir mübadiləsi aparıblar

Türkiyə və Macarıstanın müdafiə nazirləri Azərbaycanla bağlı fikir mübadiləsi aparıblar
# 03 fevral 2021 18:39 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Budapeştdə macar həmkarı Tibor Benko ilə görüşüb.

APA-nın xəbərinə görə, təkbətək görüşdən sonra geniş tərkibli görüş baş tutub.

Birgə mətbuat konfransında çıxış edən H. Akar müdafiə və təhlükəsizlik məsələləri başda olmaqla bütün məsələləri bir daha nəzərdən keçirdiklərini vurğulayıb.

“İkitərəfli əlaqələrlə yanaşı, NATO, Avropa İttifaqı müdafiə və təhlükəsizlik məsələləri, Egey dənizi, Balkanlar, Azərbaycan, Liviya və Əfqanıstan məsələlərində qarşılıqlı fikir mübadiləsi apardıq”, - deyə türkiyəli nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR