Türkiyəli deputat: “Torpaqlar işğaldan azad edildiyindən bölgədə münasibətlərin normallaşmasını istərdik”

Türkiyəli deputat: “Torpaqlar işğaldan azad edildiyindən bölgədə münasibətlərin normallaşmasını istərdik”
# 10 mart 2021 18:49 (UTC +04:00)

“Artıq Azərbaycan torpaqları işğaldan azad edilib. Ermənistanda yaşayan insanlar ciddi problemlərlə üz-üzədir, bu, onların daxili məsələsidir. Biz isə bölgədəki bütün insanların sabitlik və sülh şəraitində yaşamasını istərdik”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycana səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç Türkiyə-Ermənistan münasibətləri ilə bağlı sualı cavablandırarkən bildirib.

İYİ Partiyanın Bursa millət vəkili Ahmet Kamil Erozan isə deyib ki, Türkiyə SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən bütün dövlətlərin müstəqilliyini tanıyıb. O, Türkiyə-Ermənistan münasibətlərində problemin Azərbaycan torpaqlarının işğalından sonra yarandığını və münasibətlərin normallaşması üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əsas şərt olduğunu bildirib: “10 noyabr bəyanatından, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra bölgədə münasibətlərin normallaşmasını müşahidə etmək istəyərdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR